24 may 2013 15:09
Anar Bəkirov: Petrkeviç Simurqu aldatdı
“Simurq”un prezidenti Anar Bəkirov bəyan edib ki, komandanın son mövsümdəki heyətindən çox az futbolçu Zaqatala klubunda qalıb. Azerisport.az saytına müsahibəsində o, maraqlı fikirlər səsləndirib:
“Rəşad Eyyubov, İlkin Qırtımov və Nenad Kiso komandada qalıb. Çünki onların bizimlə müqaviləsi vardı. Ruslan Poladovla yeni müqavilə bağladıq. Həmçinin “Turan”dan Salif Ballonu, AZAL-dan Orxan Səfiyaroğlu ilə Tagim Novruzovu, “İnter”dən Samir Zərgərovu heyətimizə qatmışıq. Artıq bu oyunçularla müqavilə imzalanıb. David Petrkeviçlə də yeni müqavilə bağlamağı planlaşdırmışdıq. Amma o, bizi aldatdı və “Qəbələ”yə keçdi. Halbuki, polşalı qapıçı bizimlə müqavilə bağlayacağını deyirdi. Dmitri Kramarenko da müqaviləsi başa çatdığına görə komandadan ayrılıb. Hazırda bir sıra yeni futbolçularla danışıqlar aparırıq. Ümid edirəm ki, ilk toplanışımızın startına – iyunun 17-nə qədər komandanın əsas özəyini formalaşdıra biləcəyik”.