24 may 2013 16:22

Eddi İsrafilov: Azərbaycan yığmasında oynamaq mənim üçün xoşdu, amma Murcianı tərk edə bilmərəm

İspaniyanın “Murcia” klubunun yarımmüdafiəçisi Eddi İsrafilov Azərbaycan yığmasına qatılmaqdan imtina edib. Azerisport.az xəbər verir ki, gənc xavbek İspaniya mətbuatına açıqlamasında bunun səbəbini belə izah edib:

“Mən anamın vətəni olan bir ölkənin yığmasında çıxış etməkdən şad olaram. Ona öz borcumu ödəmək istəyirəm. Amma hazırda mənim üçün daha vacib olan “Murcia”dı. Baş məşqçi mənə indiki situasiyada ehtiyac duyur (qeyd edək ki, “Murcia” Sequndanı tərk etməyə çox yaxındı. Komanda sona üç tur qalmış 22 klub arasında 20-ci yerdə qərarlaşıb). Həm özüm, həm də klub rəsmiləri AFFA ilə əlaqə saxlayıb bildirdik ki, mən sərbəstəm. Amma belə bir vaxta klubuma köməyim çox lazımdı”.
 
Lakin Eddi bəyan edib ki, Azərbaycan yığmasında böyük məmnuniyyətlə çıxış edəcək: “Azərbaycanda olmuşam. O vaxt üç yaşım var idi. Sonradan İspaniyaya qayıtdıq. Mən bu ölkəni tanıyıram və onun yığmasında çıxış etmək mənim üçün xoş olacaq. Azərbaycandan iki həftə öncə mənimlə əlaqə saxladılar. Yığma komandada oynamaq təklifi etdilər. Mən də buna etiraz etmədim. Sadəcə, indi klubda qalmaq çox vacibdi”.
 
Qeyd edək ki, Eddinin atası toqolu, anası isə azərbaycanlıdı. Amma o, eyni zamanda İspaniya vətəndaşlığına da malikdi. Azərbaycan millisində çıxış edəcəyi halda İspaniya yığmasında oynaya bilməyəcəyinə dair sualın cavabında o, bunları söyləyib: “Mən heç vaxt İspaniyanın yığmalarından hansınasa dəvət almamışam”.

O, həmçinin Sequndada qalıb-qalmamasından asılı olmayaraq, indiki klubunu tərk etməyəcəyini bəyan edib: “Hələ “Murcia”nı tərk etməyin zamanı deyil”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.