24 may 2013 17:44
“Super Kubok matçının keçirilmə vaxtı avrokubokların püşkündən sonra bəlli olacaq”
Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev bəyan edib ki, Azərbaycan Super Kubokunun keçiriləcəyi tarix avrokubokların ilkin təsnifat mərhələlərinin püşkatmasından sonra bəlli olacaq. Azerisport.az xəbər verir ki, o, bu gün baş tutan təqdimat mərasimində bunları dilə gətirib:
“Biz hələ Super Kubok matçının dəqiq keçirilmə vaxtını müəyyənləşdirməmişik. Avrokubokların püşkatmasını gözləmək lazımdı. Bilmək istəyirik ki, “Neftçi” və “Xəzər Lənkəran” ilk oyunlarını harda keçirəcək. Qərarımızı da məhz ondan sonra vermək istəyirik”.
