24 may 2013 17:28
Ramin Musayev: Kuboku hansı klubun azarkeşi çox olsa, həmin komanda qazanacaq
Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev Azərbaycan Kubokunun final matçına biletlərin qiymətinin baha olması haqda fikirlərlə razı deyil. Azerisport.az xəbər verir ki, o, bu gün baş tutan təqdimat mərasimində bunları dilə gətirib:
“2-5 manat çox pul deyil. Şəxsən mən çoxlu azarkeş gözləyirəm. Düşünürəm ki, hansı komandanın azarkeşi daha çox olsa, həmin komanda da qalib gələcək”.
