24 may 2013 17:35
Ramin Musayev: Mübariz Mənsimov Xəzər Lənkərana sponsorluq etmək istəməsəydi...
Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev bu gün Azərbaycan Kuboku və Super Kubokunun təqdimat mərasimi zamanı jurnalistlərin bəzi suallarını cavablandırıb. Azerisport.az xəbər verir ki, o, öncə bunları dilə gətirib:
“Biz Super Kubokun yenidən keçirilməsi ilə bağlı çox düşündük. AFFA prezidenti Rövnəq Abdullayevlə görüşdə qərar verdik ki, bu oyunu yenidən təşkil edək. AFFA prezidenti onu da bildirdi ki, kuboklar milli ornamentlərlə işlənsin. Kubokun eskizi Moskvada hazırlanıb”.
“Biz Super Kubokun yenidən keçirilməsi ilə bağlı çox düşündük. AFFA prezidenti Rövnəq Abdullayevlə görüşdə qərar verdik ki, bu oyunu yenidən təşkil edək. AFFA prezidenti onu da bildirdi ki, kuboklar milli ornamentlərlə işlənsin. Kubokun eskizi Moskvada hazırlanıb”.
Musayev onu da bəyan edib ki, kubokun və Super Kubokun qalibi bu mükafatların surətini alacaq: “Klublar bu kubokların orijinalını da ala bilərlər. Amma bunun üçün müəyyən məbləğ ödəməlidilər. Bunu pulsuz da əldə etmək mümkündü. Onun üçün isə sadəcə həmin titullardan birini üç dəfə qazanmaq lazımdı”.
Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev kubokun final matçına biletlərin qiymətinin baha olması haqda fikirlərlə razı deyil: ““2-5 manat çox pul deyil. Şəxsən mən çoxlu azarkeş gözləyirəm. Düşünürəm ki, hansı komandanın azarkeşi daha çox olsa, həmin komanda da qalib gələcək Əsl azarkeş bilet alıb, stadiona gedər. Çox istərdim ki, kubokun finalında güclü olan qalib gəlsin. Düşünmürəm ki, kubokunu qazana bilməyən komandaya məğlubiyyət çox pis təsir edəcək. Əgər Mübariz Mənsimov “Xəzər Lənkəran”a sponsorluq etmək istəməsəydi, Con Toşakı komandaya dəvət etməzdi”.
Ramin Musayev Super Kubok matçının dəqiq vaxtının hələ müəyyənləşmədiyini bildirib. O, buna avrokubokların püşkündən sonra aydınlıq gələcəyini bildirib.
