26 may 2013 00:47
Qəbələdən Hacıyev açıqlaması (FOTO)
Xəbər verdiyimiz kimi, “Qəbələ” sıralarını daha bir futbolçu ilə gücləndirib. Azerisport.az xəbər verir ki, bölgə klubu Vladimir Levinin ardından Nizami Hacıyevi də rənglərinə bağlayıb.
Məlumatı klubun rəsmi saytı da təsdiqləyib. Yarımmüdafiəçi ilə birillik müqavilə imzalanıb.
1988-ci ildə anadan olan futbolçu karyerası boyunca “Olimpik” (Bakı), “Xəzər Lənkəran”, MOİK (Bakı) və “İnter” (Bakı) klublarının şərəfini qoruyub. Hacıyevin son klubu paytaxt təmsilçisi “İnter” olub.
Nizami Azərbaycanın U-19, U-21 və əsas millisinin də formasını geyinib.
