26 may 2013 01:35

Avropanın kralı - Bayern! (YENİLƏNİB)

UEFA Çempionlar Liqasının 2012/13-cü il mövsümünə yekun vurulub. Azerisport.az xəbər verir ki, qitənin ən nüfuzlu klub turnirinin finalında iki alman klubu – “Borussia” (Dortmund) və “Bayern” üz-üzə gəlib.
 
Münhen klubu son Almaniya çempionu olduğu halda, “Borussia” bundan əvvəl ardıcıl iki dəfə Bundesliqanın qalibi olmuşdu.

“Borussia” tarixində bir dəfə - 1997-ci ildə Çempionlar Liqasını qazanmışdı. “Bayern" isə bu uğura dörd dəfə imza atmışdı. Münhen təmsilçisi sonuncu dəfə 2001-ci ildə Avropanın ən güclüsü olmuşdu. Keçən mövsüm isə finalda İngiltərənin "Chelsea" klubu ilə dueldən məğlub ayrılmışdı.

Böyük maraqla gözlənilən oyun Londonun "Uembli" stadionunda keçirilib. Oyunu Nikola Ritsollinin başçılıq etdiyi italiyalı hakimlər briqadası idarə edirdi. Qarşılaşmada hesabı "Bayern" açsa da, "Borussia" tezliklə bu qola cavab verdi. Lakin son saniyələrdə münhenlilər daha bir qol vuraraq, tarixində beşinci dəfə ÇL-in kubokunu başı üzərinə qaldırıb.
 
Çempionlar Liqası
Final
25 may
 
Borussia (Dortmund) – Bayern – 1:2 (0:0)
Qollar: Mandzukiç, 60 (0:1), İ.Gündoğan, 68-pen (1:1), Robben, 89 (1:2)
 
BORUSSİA: Veydenfeller (k), Subotiç, Pişçek, Hummels, İlkay Gündoğan, Blaşikovski, Şmeltser, Bender, Qrosskroyts, Roys, Levandovski.
Ehtiyat oyunçular: Lanqerak, Kirx, Santana, Köl, Lyaytner, Nuri Şahin, Şiber.
BAYERN: Noyer, Boatenq, Martines, Dante, Lam (k), Riberi, Robben, Tomas Müller, Alaba, Şvaynştayger, Mandzukiç.
Ehtiyat oyunçular: Ştarke, Van Buyten, Şaqiri, Luis Qustavo, Timoşuk, Pisarro, Mario Qomes.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.