25 may 2013 11:15
Dmitri Kramarenko: Əgər Petrkeviç Qəbələyə keçsə, Nəzirova çətin olacaq
Futbol üzrə Azərbaycan yığmasının sabiq qapıçısı Dmitri Kramarenkonun azerisport.az saytına müsahibəsi
- Siz həqiqətən tezliklə “Qəbələ”nin məşqçisi olacaqsız?
- “Qəbələ” mənə təklif göndərib. Amma bu, yalnız Yuri Syomin sözügedən komandanın baş məşqçisi olacağı halda baş tutacaq. Ona görə də hələlik konkret bir söz demək olmur.

- Bəs Syomin gəlməsə?
- İstənilən halda artıq azad agentəm. “Simurq”la müqaviləmin müddəti başa çatdığına görə xoşluqla ayrıldıq. Syomin gəlməsə, hadisələrin necə inkişaf etməsinə baxacağam. Hələlik dəqiq heç nə deyə bilmərəm. Bir neçə gün də gözləmək məcburiyyətindəyəm.

- Sizinlə “Qəbələ”dən kim əlaqə saxlayıb?
- Klubun meneceri. Mənə “Qəbələ”də çalışmaq çox maraqlı gəlir. Prinsipcə, məşqçi olmaq mənim çoxdankı arzumdu. Niyə də buna indidən başlamayım? Orda gözəl şərait var. Mən də öz təcrübəmi gənc qapıçılarla bölüşmək istəyirəm.

- Deməli, artıq karyeranızı başa vurmağa qərar vermisiz?
- Hələ yox. Əgər oynayan məşqçi kimi çalışmağımı istəsələr, qapıda durmağa da hazıram. Amma “Qəbələ”də onsuz da yaxşı qapıçılar var.

- Anar Nəzirovla Dieqo Kostanı nəzərdə tutursuz?
- Düzünü deyim ki, Anarın 23 yaşının olduğunu düşünürdüm. Amma sən demə 28 yaşı varmış. O, artıq öz potensialını açmalıydı. Son mövsümdə “Qəbələ”də qapıçı mövqeyi ilə bağlı sabitlik olmayıb. Gah Anar oynayırdı, gah braziliyalı. Qapıçıya güvənmək lazımdı. Nəzirov istedadlı oğlandı. Ona çoxlu çalışmaq lazımdı.

- David Petrkeviç də “Simurq”dan ayrılıb və “Qəbələ”yə keçəcəyi bildirilir...
- Onun “Simurq”la müqaviləsi başa çatıb. Amma harda oynayacağını demək çətindi. Bildiyimə görə, təkcə Azərbaycandan yox, digər ölkələrdən də təklif alıb. Klub rəhbərliyi ona yeni müqavilə təklif etsə də, qəbul etmədi. Hər şey ola bilər.
- Düşünmürsüz ki, Petrkeviç də “Qəbələ”yə gəlsə, Nəzirovun işi daha da çətinləşəcək?
- Əgər keçsə, hə, çətin olacaq. Amma istənilən halda qapıda ən güclü kimdisə, o duracaq.