25 may 2013 11:36
Xəzər Lənkəran Bakıya yola düşdü
Azərbaycan kubokunun final matçına hazırlaşan “Xəzər Lənkəran” Lənkərandakı hazırlığını başa vurub. Azerisport.az xəbər verir ki, Premyer Liqa çərçivəsindəki son oyunun ardından bir günlük istirahət edən komanda final görüşünün hazırlığına start vermişdi.
Lənkərandakı bazasında üç gün davam edən hazırlıq dünən gün ərzində keçirilən iki məşqlə yekunlaşıb. Bu gün səhər saatlarında Lənkəran şəhərini tərk edən “Xəzər Lənkəran” Bakıya yola düşüb.
Sabahdan etibarən isə komanda Azərbaycan kubokunun final görüşünün Bakı hazırlığına start verəcək.
