25 may 2013 11:57
Qətər Azərbaycanla oyun öncəsi Latviyanı məğlub etdi
Futbol üzrə Qətər yığması yoxlama oyunu keçirib. Azerisport.az xəbər verir ki, mayın 29-da Dohada Azərbaycan millisi ilə qarşılaşacaq qətərlilər bu oyun öncəsi Latviya ilə görüşdə qüvvələrini sınayıblar.
“Bakı”nın sabiq baş məşqçisi Aleksandr Starkovun çalışdırdığı Latviya yığması da millimiz kimi, bu rəqiblə səfərdə qarşılaşıb. Görüş 3:1 hesabıyla meydan sahiblərinin xeyrinə başa çatıb.
Qeyd edək ki, bu görüşdə Premyer Liqamızda çıxış edən futbolçular da iştirak ediblər. Belə ki, “Bakı”nın müdafiəçisi Denis İvanov 90, AZAL-da forma geyən Oskar Klava isə 16 dəqiqə meydanda olub.
