26 may 2013 00:35

Vaqif Cavadov: Avroliqanın qrup mərhələsinə vəsiqə qazanmalıyıq

Futbol üzrə Azərbaycan yığmasının və “Qarabağ”ın hücumçusu Vaqif Cavadovun azerisport.az saytına müsahibəsi
 
- Çempionatdan sonra elə də çox istirahət etmədən yığmayla birgə Qətərə yola düşdünüz...
- Hər halda bir neçə gün istirahət edə bildik. Bu, çox yaxşı oldu. İndi isə yığma komandaya vaxt ayırmaq zamanıdı.
 
- Qətərlə yoldaşlıq oyunu barədə nə deyə bilərsiz?
- Bu oyun bizim üçün Lüksemburqla görüşə hazırlıq xarakteri daşıyır.
 
- Qətər yığması haqda nəsə bilirsiz?
- Heç nə.
 
- Lüksemburqla oyun Bakıda keçiriləcək. Bu oyun öncəsi səfərdə yoldaşlıq görüşü keçirməyi nə dərəcədə lazımlı sayırsız?
- Məncə, əksinə belə yaxşıdı. Ölkə kənarında oynamağımız xeyrimizə olacaq. Axı bu, sırf hazırlıq xarakterli qarşılaşma olacaq.
 
- Lüksemburqla səfər oyunundakı heç-heçə çoxlarını məyus etmişdi. Bakıdakı oyundan isə hamı qələbə gözləyir...
- Biz də bunu başa düşürük. Əlbəttə, heç kim asan olacağını deyə bilməz. Əksinə, daha çətin olacaq. Amma biz onları məğlub etməyə borcluyuq. Başqa cür ola da bilməz.
 
- Lüksemburqla yanaşı yığmamızı evdə Şimali İrlandiya və Rusiya ilə də oyunlar gözləyir. Üstəlik İsraillə səfər matçı var. Yığmamızın şanslarını necə qiymətləndirirsiz? Sizin üçün 4, 5 və ya 6-cı yeri tutmağın fərqi var?
- Təbii ki, nəticə az əhəmiyyət daşımır. Biz də uğur qazanmaq istəyirik. Bu, çox vacibdi. Lakin eyni zamanda layiqli futbol sərgiləməliyik. Hətta uduzsaq da belə, yaxşı oyun sərgiləməyimiz şərtdi. Şübhəsiz ki, bütün oyunlarımız çətin olacaq. Xüsusilə İsraillə səfər matçı. Lakin indidən konkret nəsə demək olmaz. Hər halda biz öz istəyimizə çatmaq üçün əlimizdən gələni edəcəyik.
 
- Son dövrlər əvvəlki Vaqif Cavadovdan əsər-əlamət qalmadığı iddiası ilə çoxlu tənqid olunursuz. Bundan xəbəriniz varmı?
- Bəli, haqqımda yazılan tənqidlərdən xəbərdaram. Amma onu deməliyəm ki, hər bir oyunçuda müəyyən dövrlər olur ki, işlər qaydasında getmir. Son dövrlər hiss edirəm ki, yenidən formamı qaytarmaqdayam. Fikrimcə, zamanla hər şey qaydasına düşəcək.
 
- “Qarabağ”ın son mövsümdə ikinci yeri tutmasını necə dəyərləndirirsiz?
- Biz qızıl medalları qazanmaq üçün əlimizdən gələni etdik. Lakin bu yolda azacıq nəsə çatışmadı. Əlbəttə, ikinci yer də pis nəticə deyil. Baxmayaraq ki, çempion olmağı çox istəyirdik.

- Ən əsası isə Avropa Liqasına vəsiqə qazandınız...
- Bu, çox xoş və sevindirici hadisədi. İndi biz nəinki avrokuboklardakı ən yaxşı nəticəmizi təkrarlamalı, hətta daha yaxşısına nail olmalıyıq. Qrup mərhələsinə vəsiqə qazanmaq lazımdı.
 
- Bəzi futbolçuların komandadan getməsi “Qarabağ”ı zəiflətməyəcək ki?
- Güclənmək lazımdı. Hər halda baş məşqçi bu məsələyə xüsusi önəm verəcək.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.