25 may 2013 12:54
AFFA yığmamızın üzvlərini mükafatlandırdı
AFFA futzal üzrə Azərbaycan yığmasının üzvlərini mükafatlandırıb. Azerisport.az xəbər verir ki, mart ayında AÇ-2014-ün seçmə mərhələsi çərçivəsində yüz faizlik nəticə göstərməklə qitə birinciliyinə birbaşa vəsiqə qazanan futzalçılarımızın bu uğuru cavabsız qalmayıb.
AFFA rəhbərliyi komandanın liderlərinin hər birini 10 000 dollar məbləğində mükafatlandırıb. Digər oyunçular isə 3 000-5 000 dollar aralığında mükafatlara layiq görülüblər.
Qeyd edək ki, Avropa çempionatının final mərhələsi Belçikada keçiriləcək.
