26 may 2013 01:22
Edemir Rodriqes: Bakıda oynamaqla çox şey öyrəndim
“Bakı”nın sabiq müdafiəçisi Edemir Rodriqes paytaxt klubu ilə yollarını ayırmasına münasibətini bildirib. Azerisport.az xəbər verir ki, o, Boliviya mətbuatına müsahibəsində bunları dilə gətirib:
“Avropa futbolunda oynamaq hər bir oyunçuya həm təcrübə qazandırır, həm də fiziki göstəricilərini yaxşılaşdırır. Mən də “Bakı”da oynamaqla çox şey öyrəndim. Bu komandadan ayrılmağıma gəlincə, əsas səbəblərdən biri ailə vəziyyətim oldu. Çünki qızıma Bakıda təhsil almaq çətin idi. Axı orda başqa dillər tədris olunur. Buna görə də həyat yoldaşımla Boliviyaya qayıtmağa qərar verdik”.

Qeyd edək ki, Edemir Rodriqeslə “Bolivar” maraqlanır və futbolçu özü də bu komandaya keçmək üzrə olduğunu etiraf edib.