25 may 2013 15:09
Əli Gökdəmir: Azərbaycana gəlməyim səhv addım olar
Futbol üzrə Azərbaycan yığmasının və Almaniyanın “Hannover” klubunun yarımmüdafiəçisi Əli Gökdəmirin azerisport.az saytına müsahibəsi
- Klubunuzdakı işləriniz necə gedir?
- Yaxşı forma toplamışam. Baş məşqçi Mirka Slomka da nə dərəcədə hazır olmağımla yaxından maraqlandı. Bildirdim ki, iki həftəlik toplanış sonrası özümü qaydasında hiss edirəm.
- Deməli, yığmanın heyətinə hazır gəlirsiz?
- Fikrimcə, hə. Kömək etməyə hazıram. Mənə klubdan da dedilər ki, indiki məqamda yığmanın oyunlarında iştirak etməyim sadəcə xeyrimə olacaq.

- Dohaya nə vaxt uçursuz?
- Bu gün Almaniyadan birbaşa ora yollanacağam. Komandaya orda qoşulacağam. Qətərlə oyun Lüksemburqla görüşə daha yaxşı hazırlaşmaq üçün yaxşı şansdı. Məncə, hər iki oyun bizim üçün vacib əhəmiyyət daşıyır.

- Bu yaxınlarda iki illik müqavilə imzaladınız. Deməli, komandada qalacaqsız?
- Bəli. Slomka da qalmağımı istəyir. Amma “Hannover”dən getməyim də istisna deyil.

- Başqa təkliflər var?
- Bundesliqa klublarından təkliflər var. Elə ikinci Bundesliqa klubları da məni heyətində görməkdə maraqlıdı. Bütövlükdə, pis variantlar deyildi. Amma baş məşqçi komandada qalmağımı istəyirsə, deməli, mənə güvənir. Bu üzdən məni hansısa kluba verəcəklərini düşünmürəm.

- Bəs Azərbaycan klublarından necə?
- Maraq var idi. Amma mən buna o qədər də önəm vermirəm. Daha yüksək səviyyəli çempionatlarda oynamaq istəyirəm. Almaniyada oyunlar daha maraqlı keçir. Azərbaycana gəlmək mənim üçün səhv addım olar. Lakin gələcək karyeramda bu variant da istisna təşkil etmir.