25 may 2013 15:27
Rəvan Premyer Liqadakı çıxışını davam etdirəcək
“Rəvan” rəhbərliyi növbəti mövsümlə bağlı planlarını müəyyənləşdirib. Azerisport.az xəbər verir ki, paytaxt klubu elitadakı çıxışını davam etdirəcək.
Bu barədə klubun mətbuat xidmətindən məlumat verilib. Komandanın Premyer Liqadakı çıxışını dayandıracağı, başqa klubla əvəzlənəcəyi barədə şayiələr dolaşsa da, “Rəvan” rəhbərliyi belə bir addım atmağa hazırlaşmır.
Qeyd edək ki, son günlər “Rəvan”ın yeni yaradılmaqda olan Naxçıvanın “Araz” klubuyla əvəzlənməsi haqda xəbərlər yayılmaqdadı.
Qeyd edək ki, son günlər “Rəvan”ın yeni yaradılmaqda olan Naxçıvanın “Araz” klubuyla əvəzlənməsi haqda xəbərlər yayılmaqdadı.
