25 may 2013 16:01
Nizami Hacıyev də Qəbələni seçdi
“İnter”in daha bir futbolçusu “Qəbələ”yə keçib. Azerisport.az xəbər verir ki, bu, yarımmüdafiəçi Nizami Hacıyevdi.
O, artıq bölgə klubu ilə müqavilə də imzalayıb. Uzun müddət zədədən əziyyət çəkən futbolçu görünür “İnter”də möhkəmlənə bilmədiyini görüb, özünü yeni komandada sınamaq fikrindədi.
Qeyd edək ki, bundan öncə Vladimir Levin də “İnter”dən “Qəbələ”yə keçmişdi.
