25 may 2013 16:22
Rəvan növbəti mövsüm üçün hazırlıq planlarını açıqladı
"Rəvan” yeni mövsüm üçün hazırlıq planını artıq müəyyənləşdirib. Azerisport.az xəbər verir ki, futbolçuları mayın 21-dən istirahətə buraxılan komanda bir də iyunun 18-də bir araya yığışacaq.
Ancaq legionerlər düşərgəyə bir az gec – ayın 23-də qoşulacaq. 20 günə yaxın müddətdə Bakıda məşq edəcək "Rəvan” iyulun ortalarında hazırlıq məqsədi ilə xaricə üz tutacaq.
Məkan kimi Sloveniya seçilib. Burda komanda 4 yoxlama oyunu keçirməyi planlaşdırır. Sadəcə, hələlik sparrinq-rəqiblərin adları məlum deyil. Sloveniyadan qayıtdıqdan sonra çempionatın startına qədər olan müddətdə yenidən Bakıda hazırlıq keçiləcək. (klub saytı)
