26 may 2013 22:26
Toşakla Hacıyev jurnalistlərin suallarını cavablandıracaq
Azərbaycan kubokunun "Neftçi" - "Xəzər Lənkəran" final oyunundan bir gün öncə - 27 may tarixində KİV nümayəndələri üçün mətbuat konafransları keçiriləcək. Azerisport.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.
Məlumatda bildirilir ki, oyunöncəsi son məşqini 11:00-da keçirəcək "Xəzər Lənkəran"ın baş məşqçisi Con Benjamin Toşak bundan yarım saat öncə KİV nümayəndələrinin suallarını cavablandıracaq.
"Neftçi"nin baş məşqçisi Böyükağa Hacıyev iştirakı ilə keçiriləcək mətbuat konfransı isə 17:30-da başlayacaq. Ölkə çempionunun oyunöncəsi məşqi 18:00-a planlaşdırılıb.
