27 may 2013 00:06
Neftçinin aparıcı oyunçuları öz qiymətlərini açıqladılar
“Neftçi”nin aparıcı futbolçuları – hücumçu Nikolas Kanaleslə yarımmüdafiəçi Julius Vobayın klubla müqavilələrinin müddətinin başa çatmaq üzrə olduğunu xəbər vermişdik. Azerisport.az xəbər verir ki, artıq tərəflər yeni müqavilə ilə bağlı danışıqlara başlayıblar.
Lakin həm Kanales, həm də Vobay paytaxt klubundan alacağını daha da artırmağı hədəfləyir. Əldə etdiyimiz məlumata görə, onlar öncəki mövsümdə qazandıqlarından 50 faiz daha çox pul tələb edirlər. “Neftçi” rəhbərliyi isə nəyin bahasına da olsa, bu oyunçuları komandada saxlamağa çalışır.
Bu arada “Neftçi”nin daha bir futbolçusu – yarımmüdafiəçi Erik Ramosla da müqavilənin müddəti başa çatmaq üzrədi. Qeyd edək ki, Ramos Paraqvayın “Rubio Nu” klubuna məxsusdu və “Neftçi”də icarə əsasında çıxış edirdi. Erikin bu klubla daha ilyarımlıq müqaviləsi qalsa da, “Rubio Nu” onu satmağı planlaşdırır. “Neftçi” qarşı tərəflə danışıqlarda razılığa gələ bilsə, Ramosu tam olaraq heyətinə qatmağa çalışır.
