27 may 2013 00:01
Mübariz Mənsimov Neftçi ilə oyunu izləməyə gəlir
Azərbaycan kubokunun “Neftçi” ilə final oyununu “Xəzər Lənkəran”ın sahibi Mübariz Mənsimov da canlı izləyəcək. Azerisport.az xəbər verir ki, cənub klubunun fəxri prezidentinin oyun günü Bakıya gəlməsi gözlənilir.
Mənsimovla yanaşı ölkəmizə onun Türkiyədəki bəzi dostları da qonaq gələcək.
Mənsimovla yanaşı ölkəmizə onun Türkiyədəki bəzi dostları da qonaq gələcək.
Qeyd edək ki, “Neftçi” – “Xəzər Lənkəran” matçı mayın 28-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 20:00-da başlayacaq.
