27 may 2013 00:23
İtaliya kubokunun sahibi bəlli oldu
Futbol üzrə İtaliya kubokunun final oyunu keçirilib. Azerisport.az xəbər verir ki, həlledici qarşılaşmada iki paytaxt klubu - “Lazio” və “Roma” üz-üzə gəlib.
Qarşılaşmanın ilk yarısı sönük keçib və qolsuz tamamlanıb. Hesabı 71-ci dəqiqədə Luliç açıb. Bu qol yeganə olub və “Lazio” 1:0 hesabı ilə qələbə qazanaraq kuboka sahib çıxıb.
İtaliya Kuboku
Final
26 may
Roma – Lazio – 0:1
Qol: Luliç, 71.
