27 may 2013 00:44
Ruslan Abışov Avroliqada!
Futbol üzrə Azərbaycan milli komandasının müdafiəçisi Ruslan Abışov 2013/14 mövsümündə Avropa Liqasında iştirak edə biləcək. Azerisport.az xəbər verir ki, onun şərəfini qoruduğu Kazanın “Rubin” klubu Rusiya Premyer Liqasının yekunlarına görə Avroliqada oynamaq hüququ qazanıb.
Kurban Berdıyevin çalışdırdığı komanda Premyer Liqanın sonuncu turunda “Krasnodar”la oyunda 2:0 hesabı ilə qələbə qazanmaqla altıncı yeri özü üçün təmin edib. Nəticədə, “Rubin” Avroliqada iştirak hüququ qazanıb.
Qeyd edək ki, “Rubin”lə yanaşı CSKA, "Zenit", "Anji", "Spartak" və "Kuban" da Rusiyanı avrokuboklarda təmsil edəcək.
