26 may 2013 13:18
Julius Vobay: XL-la matçın prinsipiallığından danışmaq artıq olar
“Neftçi”nin yarımmüdafiəçisi Julius Vobayın azerisport.az saytına müsahibəsi
- İlk növbədə sizi çempionluq münasibətilə təbrik edirik. Təəssüratlarınızı bölüşməyinizi istərdik...
- Bu, möhtəşəm hissdi. Mən ilk dəfədi Azərbaycan çempionu olurdum. Çox şadam ki, buna məhz “Neftçi”də nail oldum. Özü də belə bir gərgin mövsümdən sonra. Fikrimcə, geridə qalan mövsümdə az şeyə nail olmadıq. Mövsümü çempion kimi başa vurmağımız da çox xoş oldu.
- Son turun “Bakı” ilə oyunu heç bir əhəmiyyət daşımasa da, sanki siz həmin görüşdəki məğlubiyyətə görə məyus görünürdünüz...
- Xeyr, belə deyil. Sadəcə, yorğun idim. Həmin oyunun nəticəsi bizim üçün heç bir əhəmiyyət kəsb etmirdi. Çünki qarşılaşma tamamilə formal xarakter daşıyırdı.
- Qarşıda sizi daha bir vacib oyun gözləyir – “Xəzər Lənkəran”la kubokun final görüşü...
- Əminəm ki, çox çətin oyun olacaq. Bu görüşün nə qədər prinsipial xarakter daşıdığından danışmaq artıq olar. Biz sadəcə qələbə qazanmağa çalışacağıq.
- Bu oyunun prinsipiallığını artıran məqamlardan biri də elə sizin vaxtilə “Xəzər Lənkəran”da çıxış etməyinizdi. Keçmiş komandanıza qarşı oynamaq necə hissdi?
- Bu, “Xəzər Lənkəran”a qarşı heç də ilk oyunum olmayacaq. Ona görə də deyə bilərəm ki, bu komanda ilə görüşlərdə heç bir əlavə duyğu hiss etmirəm. Məni səhv anlamayın. “Xəzər Lənkəran”a hörmətlə yanaşıram, yaxşı komandadı. Lakin mən bacardığım oyunu sərgiləməyə çalışacağam. Hətta deyərdim ki, daha yaxşısına nail olmaq üçün səy göstərəcəm.

- “Neftçi” ilə müqavilənizin müddəti başa çatır. Planlarınıza aydınlıq gətirmisiz?
- Bəli, mayın sonunda müqavilənin müddəti bitir. Amma mən “Neftçi”də qalmaq, yeni mövsümdə daha böyük uğurlara nail olmaq istəyirəm. Burda hər şey xoşuma gəlir.
- Bəli, mayın sonunda müqavilənin müddəti bitir. Amma mən “Neftçi”də qalmaq, yeni mövsümdə daha böyük uğurlara nail olmaq istəyirəm. Burda hər şey xoşuma gəlir.
- Ötən mövsüm Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanmaqla tarix yazan “Neftçi”dən indi eyni uğuru Çempionlar Liqasında təkrarlaması gözlənilir. Sizcə, buna nail ola biləcəksiz?
- Hər şeyin necə alınacağını indidən söyləmək çətindi. Çünki hələ necə rəqiblərlə düşəcəyimizi bilmirik. Amma “Neftçi” mümkün olan hər şeyi edəcək ki, yaxşı nəticələr qazansın və ÇL-in qrup mərhələsində oynasın.