26 may 2013 22:00
Nəziri ehtiyatda qaldı, Petrolul ikinci oldu (YENİLƏNİB)
Rumıniyanın “Petrolul” klubu bu gün ölkə çempionatında növbəti matçına çıxıb. Azerisport.az xəbər verir ki, futbol üzrə Azərbaycan yığmasının müdafiəçisi Elhad Nəzirinin komandası 33-cü tur çərçivəsində “Universitatea Cluj” ilə qarşılaşıb.
Qarşılaşma rəqib meydanında keçirilirdi. Bu üzdən də “Petrolul”u çətin sınaq gözlədiyini demək olardı. Həmyerlimizin komandası bu sınaqdan üzüağ çıxıb.
Yığmamızın üzvünün bu oyunda hansı aqibəti yaşayacağı maraqla gözlənilirdi. Nəziri heyətə düşsə də, sona qədər ehtiyatda qalıb.
Qeyd edək ki, “Petrolul” 33 oyundan sonra topladığı 61 xalla 2-ci pillədə qərarlaşıb.
Rumıniya çempionatı
33-cü tur
26 may
Universitatea Cluj - Petrolul - 2:4
