26 may 2013 14:06
Xəzər Lənkəran Respublika stadionunda hazırlaşır
Dünən Azərbaycan kubokunun final görüşü öncəsi Lənkəran hazırlığını başa vuran “Xəzər Lənkəran” Bakıdakı istirahətini bu gün başa vurub. Azerisport.az klub saytına istinadən xəbər verir ki, məskunlaşdığı oteldən Respublika stadionuna yola düşən komanda artıq səhər məşqini keçirib.
Matçın keçiriləcəyi Tofiq Bəhrəmov adına Respublika stadionunda keçirilən günün yeganə məşqi saat yarım davam edin və futbolçular məşqçilər korpusunun verdiyi taktiki çalışmaları yerinə yetirinlər. Hazırda komandada zədəli futbolçu yoxdu və Adrian Pit istisna olmaqla bütün heyət məşqdə iştirak edir.
Sabah saat 11:00-da “Xəzər Lənkəran” oyun öncəsi son məşqinə çıxacaq. Məşqdən yarım saat öncə isə “Xəzər Lənkəran”ın baş məşqçisi Con Toşakın media nümayəndələri üçün mətbuat konfransı nəzərdə tutulub.
