26 may 2013 16:25
Ruslan Abışov mövsümün son oyununda da meydana çıxmadı (YENİLƏNİB)
Bu gün futbol üzrə Rusiya Premyer Liqasında sonuncu - 30-cu turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Ruslan Abışovun çıxış etdiyi “Rubin” bu tur “Krasnodar”la qarşılaşıb.
Matç Kazanda keçirilirdi. Bu üzdən həmyerlimizin komandası mövsümü mütləq qalib başa vurmağı hədəfləmişdi. Kazanlılar bu vəzifənin öhdəsindən gələ biliblər.
Baş məşqçi Kurban Berdıyevin hələlik yalnız bir oyunda meydana buraxdığı Ruslan Abışovun bu dəfə hansı aqibəti yaşayacağı maraqla gözlənilirdi. Təəssüf ki, yığmamızın üzvü mövsümün son matçında heyətə salınsa da, ehtiyatda qalıb.
Qeyd edək ki, “Rubin” bu nəticə ilə mövsümü 50 xalla 6-cı yeri tutur.
Rusiya Premyer Liqası
30-cu tur
26 may
Rubin – Krasnodar – 2:0 (1:0)
Qollar: Yeryomenko, 7, Natxo, 63.
