26 may 2013 14:55
Zabit Səmədov qisasını aldı, Azərbaycan bayrağını qaldırdı (FOTO, VİDEO)
Azərbaycanın K-1 idman növündəki təmsilçisi Zabit Səmədov parlaq qələbə qazanıb. Azerisport.az xəbər verir ki, "Mauqli" ləqəbli idmançımız "Leqenda" turnirində əfsanəvi mərakeşli kikboksçu Badr Hari üzərində inamlı qələbə qazanıb.
Zabit Səmədov əvvəllər iki dəfə qarşılaşdığı və hər dəfə məğlub olduğu rəqibini bu dəfə nokautla məğlub edib. Qarşılaşmadan sonra "Pis oğlan" ləqəbi ilə tanınan Badr Hari Zabit Səmədova əl verməkdən imtina edib. Zabit Səmədov isə rinqdə Azərbaycan bayrağı ilə dövrə vurub. Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu da rinqə çıxaraq Zabit Səmədovu təbrik edib.
