26 may 2013 15:25

Admir Teli: Qarabağın bu il güclü komandalara rəqib olmasını istəməzdim

“Qarabağ”ın albaniyalı müdafiəçisi Admir Telinin azerisport.az saytına müsahibəsi
 
- “Qarabağ” çempionluğa oynasa da, mövsümü gümüş medallarla başa vurdu. İkinci yeri komandanız üçün nə dərəcədə uğurlu saymaq olar?
- Mənim üçün bu, yaxşı nəticədi. Biz mövsümün gedişində xeyli səhvlərə yol verdik. Məhz bu üzdən çoxlu xallar itirdik. Əgər həmin xal itkiləri olmasaydı, çempionluq bizim ola bilərdi.
 
- Yəqin ki, “Neftçi” ilə sonuncu oyundakı məğlubiyyətdə də bu yolda həlledici rol oynadı...
- Şübhəsiz. Biz vacib xallar itirdik. Həmin oyun altı xallıq qarşılaşma idi. Biz isə həmin görüşü uduzduq.
 
- Artıq klubla yeni müqavilə bağlamısız və növbəti mövsümdə də “Qarabağ”da qalacaqsız...
- Bəli, bir illik müqavilə imzalamışam.
 
- Bəs başqa təkliflər var idi?
- Fikrimcə, indi bunlardan danışmağın mənası yoxdu. “Qarabağ” mənim üçün ikinci evim olub. Artıq neçə ildi bu komandada çıxış edirəm. Burda hər kəs mənə hörmət edir. Ona görə də seçimim qəribə görünməməlidi.
 
- Albaniya yığmasının Norveçlə seçmə mərhələ oyununa dəvət almısız. Həmin görüşdən nə gözləyirsiz?
- Bizim üçün bu, çox vacib oyundu. Bu, bizim dünya çempionatına vəsiqə qazanmaq yolunda taleyimizə böyük ölçüdə aydınlıq gətirəcək. Biz qarşıya qoyduğumuz hədəfə çatmağa çox yaxınıq. Amma bunun üçün Norveçi də məğlub etməliyik. Bu, şanslarımızı çox artıracaq.
 
- Sizi meydanda görə biləcəyik?
- Əlimdən gələni edəcəm ki, baş məşqçi əsas heyətdə mənə də şans versin.
 
- “Qarabağ”dan Avropa Liqasında nə gözləyək?
- Bundan əvvəlki mövsümlərdə bizim bəxtimizə çox güclü rəqiblər düşürdü. Ümid edirəm ki, bu dəfə bəxtimiz gətirəcək. “Qarabağ”ın yenidən güclü komandalarla düşməsini istəməzdim.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.