26 may 2013 15:34
Şahin Diniyev: Kubokun finalında maraqlı oyun görməyəcəyik
Futbol üzrə Azərbaycan yığmasının sabiq baş məşqçisi Şahin Diniyev “Neftçi” və “Xəzər Lənkəran” arasında keçiriləcək Azərbaycan Kubokunun final oyunu öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Biz finalda maraqlı oyun görməyəcəyik. Çünki hər iki komanda üçün nəticə çox önəmlidi. “Xəzər Lənkəran” mövsümü titulsuz başa vurmaq istəmir. “Neftçi” isə qızıl dubla imza atmaq arzusundadı. Amma gərgin oyun olacaq. Kağız üzərində “Neftçi”nin “Xəzər Lənkəran”la müqayisədə uğur qazanmaq şansı daha çoxdu. Lakin bu, sadəcə kağız üzərindədi. Hər şeyin necə olacağına yalnız oyunun özü aydınlıq gətirəcək. Şansları bərabər hesab edirəm”.