27 may 2013 18:04

Böyükağa Hacıyev: Neftçi çempionluğu unutmalıdı

“Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev Azərbaycan Kubokunun “Xəzər Lənkəran”la final oyunu öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, bu gün keçirilən mətbuat konfransında öncə bunları dilə gətirib:
 
- Hər iki komandanın heyətinə nəzər salsaq, sabah maraqlı oyun olacağını demək olar. Artıq bir həftədi bu oyuna hazırlaşırıq. Bu müddət ərzində futbolçuları bərpa edə bilmişik. “Xəzər Lənkəran”la oyun bizim mövsüm ərzindəki 50-ci oyunumuz olacaq. Halbuki, bəzi klublar heç 40 oyun keçirməyiblər. Rəqibə hörmətlə yanaşırıq. Cari mövsümü 9-cu pillədə başa vursalar da, güclü rəqibdilər. Həm də onlar bizimlə oyuna xüsusi motivasiya ilə çıxacaqlar. “Xəzər Lənkəran”a Avropa Liqasında uğurlar arzulayıram.
 
- Çempionluqdan sonra özünüzə gələ bilmisiz?
- Çempionluq artıq geridə qaldı. Onu unutmağımız lazımdı. Özümüzdən razı ola bilmərik. Kuboku qazanandan sonra bir qədər istirahət etmək və Avstriyaya xoş əhval-ruhiyyədə yollanmaq istəyirik.
 
- Bəzi oyunçular klubla yeni müqavilə imzalamayıblar. Bu, sabahkı oyunda öz təsirini göstərməz ki?
- Narahat olmayın, bizdən heç kim getməyəcək.
 
- Nikolas Kanaleslə Julius Vobay da komandada qalacaq?
- Vobay “Neftçi”yə Lənkərandan gəlib, Kanales isə öz tapıntımızdı. Onlar öz keçmişlərini unutmamalıdılar. Əgər kimsə getmək istəyirsə, buyurub getsin. Mane olmayacağıq. Amma siz narahat olmayın. Onlar “Neftçi”də qalacaqlar. Eyni zamanda heyəti gücləndirməyə çalışacağıq.
 
- Con Toşak sizi əcnəbi məşqçilərin qənimi adlandırıb. Onunla dueldə nəyə ümid edirsiz?
- Toşaka hörmətim böyükdü. O, əsl ağsaqqaldı. Bizim hamımızın ondan öyrənəcəyi nələrsə var. Amma bunlar hamısı meydandan kənardadı. Meydanda isə mən heç kimə hörmət etmirəm. Biz qızıl dubla imza atmaq istəyirik. Çünki bu, klubumuzun reytinqinə çox müsbət təsir göstərəcək.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.