27 may 2013 18:11
“Rednik Neftçiyə gəlsə, mən başqa komandaya keçib yenə onu 5:0 hesabıyla yenərəm”
“Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev “Xəzər Lənkəran”ın sabiq çalışdırıcısı Mirça Rednikin onu əvəzləyəcəyi barədə yayılan şayiələrə münasibətini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, bu gün keçirdiyi mətbuat konfransında bunları dilə gətirib:
“Rednik “Neftçi”yə gəlir? Qoy gətirsinlər. O zaman mən başqa komandaya keçib yenə onu 5:0 hesabıyla məğlub edərəm. Amma ciddi danışsaq, bütün bunlar hamısı təxribat xarakterli şayiələrdi”.
“Rednik “Neftçi”yə gəlir? Qoy gətirsinlər. O zaman mən başqa komandaya keçib yenə onu 5:0 hesabıyla məğlub edərəm. Amma ciddi danışsaq, bütün bunlar hamısı təxribat xarakterli şayiələrdi”.
