27 may 2013 18:25
Rəşad Sadiqov: XL-la oyunda əlavə motivasiyaya ehtiyacımız yoxdu
“Neftçi”nin kapitanı Rəşad Sadiqov Azərbaycan Kubokunun “Xəzər Lənkəran”la final oyunu öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, bunları dilə gətirib:
“Bütün komanda final oyununa yaxşı köklənib. Kubok Premyer Liqa deyil. Bu turnirdə də qələbə qazanmaq istəyirik. Bunun üçün isə sadəcə “Xəzər Lənkəran”a qalib gəlmək yetərlidi. Bizim bu görüşdə əlavə motivasiyaya ehtiyacımız yoxdu”.
