27 may 2013 11:07
Con Toşak: Oyunçularımız Neftçini məndən daha yaxşı tanıyır
“Xəzər Lənkəran”ın baş məşqçisi Con Toşak Azərbaycan Kubokunun “Neftçi” ilə final oyunu öncəsi bu gün mətbuat konfransı keçirib. Azerisport.az xəbər verir ki, o, öncə bunları dilə gətirib:
- Sabah çempiona qarşı oynayacağıq. Rəqibi təbrik edirəm. İngiltərədə çempionluğu çörək və yağla, kuboku isə kremlə müqayisə edirlər. “Neftçi” yenə də ölkənin ən yaxşısı olduğunu sübut etdi. Biz isə yarımfinalda “Bakı”ya qarşı çox yaxşı oyun sərgiləməyimiz sayəsində finala çıxmışıq. Bütövlükdə, hər şey uğursuz da başa çata bilərdi. Çünki mövsümü bizim üçün o qədər də uğurlu saymaq olmaz. Amma final matçına xüsusi hazırlaşmışıq. Ancaq qələbə haqda düşünürük. Möhtəşəm azarkeşlərimiz üçün əlimizdən gələni etməliyik.

- “Neftçi”yə qarşı nə kimi planlarınız var?
- Böyükağa Hacıyev əcnəbi məşqçilər üçün təhlükə hesab olunur. Ümid edirəm ki, bu oyundan sonra sağ qalacağam (gülür). Biz öz problemlərimizi bilirik. Bunu nəzərə almaqla rəqibə qarşı müəyyən planlarımız var. Lakin 90 dəqiqə ərzində hər şey qeydə alına bilər.

- “Neftçi”ni məğlub etsəz, bunu sensasiya saymaq olar?
- Premyer Liqanı kubokla müqayisə etməyin. Bunlar fərqli turnirlərdi. “Wiqan” da İngiltərə Kubokunda “Manchester City” kimi kluba qalib gəldi. Halbuki, tamamilə fərqli gücə malik klublardı. Biz sona kimi oynayacağıq. Başa düşürük ki, asan olmayacaq. Amma bu, bizə əlavə motivasiya qazandırır. Oyunçularımız “Neftçi”ni məndən daha yaxşı tanıyır.

- Tamamilə mümkündü ki, siz gələn ay “Neftçi” ilə daha bir final oynayasız. Super Kubok uğrunda...
- Mən iyunun 28-də oynamağımızı istəməzdim.
- Bəs nə vaxt?
Bunu demək çətindi. Amma həmin gün yox. Bu, pis ideyadı.
- “Xəzər Lənkəran”ın Avropa Liqasına “Neftçi”nin çempion olması sayəsində vəsiqə qazandığını eşitmək üzücü deyil ki?
- Bütövlükdə, mövsümə görə dəyərləndirmə aparsaq, “Xəzər Lənkəran” öz oyunu ilə avrokuboklara çıxmağa layiq deyildi. Lakin kubokda bəzi uğurlu oyunlarımız oldu və sonda “Bakı”nı evdə məğlub edərək layiqli şəkildə finala adladıq. Əlbəttə, “Neftçi”nin çempionluğu bizə kömək etdi, bunu danmaq olmaz. Amma biz bütün bu söhbətlərə məhz kuboku qazanmaqla son qoya bilərik.

- Azərbaycan Premyer Liqasının səviyyəsi barədə nə deyə bilərsiz?
- Bütövlükdə yaxşıdı. Süni meydançalar bir qədər məyusluq yaradır.

- Sabah Azərbaycanda həm də bayramdı. Hansı gün olduğunu bilirsiz?
- Bəli, deyəsən, müstəqillik günüdü. Lakin ümid edirəm ki, sabah Lənkəranda sevinənlərin sayı daha çox olacaq.

- Sabahkı oyunu Mübariz Mənsimov da izləyəcək. Əgər qalib gəlsəz, büdcə daha da arta bilər?
- Bilmirəm. İstənilən halda növbəti mövsümə yaxşı hazırlaşmalıyıq.