27 may 2013 11:45
Millimiz İtaliyada ikinci oldu
19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması İtaliyanın Piza şəhərində təşkil olunmuş "Tuscany Football Cup 2013" turnirində çıxışını başa vurub. Azerisport.az xəbər verir ki, həlledici matçdə komandamız yerli “Udinese” klubu ilə qarşılaşıb.
Final matçında futbolçularımız 1:2 hesabı ilə uduzublar. İtaliyalılar qələbəə qolunu matçın uzutma dəqiqəsində vurublar. Nəticədə, U-19 beynəlxalq turniri ikinci yerdə başa vurub.
Xatırladaq ki, yığmamız turnir çərçivəsində keçirdiyi ilk oyunda "Empoli" komandasını 3:0 hesabı ilə məğlubiyyətə uğratmışdı. Ardından "Trevizo" klubunun 1994-cü il təvəllüdlü futbolçulardan təşkil olunmuş komandası ilə qarşılaşan yığmamız 2:1 hesabı ilə qələbə sayəsində maksimum nəticə ilə qrupda birinci yeri tutmuşdu. Yarımfinalda isə “Lazio” yığmamız önündə aciz qalmışdı – 0:2.
