28 may 2013 00:03
Trabzonsporda yeni baş məşqçi
Türkiyənin “Trabzonspor” klubunun yeni baş məşqçisinin kimliyi müəyyənləşib. Azerisport.az xəbər verir ki, yeni prezident İbrahim Hacıosmanoğlu komandanı bundan sonra Mustafa Reşit Akçayın çalışdıracağını açıqlayıb.
Mustafa Reşit Akçay indiyədək PTT 1-ci liqada çıxış edən “1461 Trabzon” klubunun baş məşqçisi idi. Əvvəllər “Trabzonspor”un aşağı yaş qruplarını çalışdıran və əsas komandada məşqçi işləyən mütəxəssis aşağı liqalarda bəzi klubların baş məşqçisi olub.
