27 may 2013 12:51
“Tam olaraq Azərbaycanla oyuna köklənmişik”
Futbol üzrə Qətər yığmasının baş məşqçisi Fahad Tani Azərbaycan millisinə qarşı keçirəcəkləri yoldaşlıq oyunu öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, yerli mətbuata açıqlamasında bunları dilə gətirib:
“Planlarımızda heç bir dəyişiklik yoxdu. Azərbaycanla oyun bizim İrana qarşı keçirəcəyimiz görüş öncəsi son sınaqdı. Oyunçularımın həmin qarşılaşmaya nə dərəcədə hazır olduğunu öyrənmək istəyirəm. Buna görə də iki ardıcıl yoldaşlıq görüşü keçirməyə qərar vermişik. Hazırda isə tam olaraq Azərbaycanla oyuna köklənmişik”.