28 may 2013 00:46
Yunis Hüseynovdan təkzib
“Xəzər Lənkəran” və “Karvan”ın sabiq baş məşqçisi Yunis Hüseynov gələn mövsümdən “Kəpəz”i çalışdıracağı barədə yayılan xəbərlərə münasibət bildirib. Azerisport.az saytına müsahibəsində, o, bunları dilə gətirib:
“Son aylarda mənə Birinci Divizionun 3-4 klubundan təklif gəlib. Həmin klublar komanda üçün hər cür şərait yaratmağa hazır idilər. Həmin təkliflərə razılaşsaydım, komandam Premyer Liqada çıxış edənlərdən geri qalmayacaqdı. Amma mən onlardan imtina etdim. “Kəpəz”ə gəlincə, bu klubdan mənə heç bir dəvət gəlməyib. Əlbəttə, gələcəkdə hər şey ola bilər. Mümkündü ki, gələcəkdə Birinci Divizion klublarından elə təklif alaram ki, razılaşmalı olaram. Buna görə də “heç vaxt” sözünü dilimə gətirmək istəmirəm”.