28 may 2013 01:08
Finalın ən yaxşı futbolçusu necə seçiləcək?
Xəbər verdiyimiz kimi, Azərbaycan kubokunun final oyununun ən yaxşı futbolçusu SMS səsverməsi ilə seçiləcək. Azerisport.az xəbər verir ki, bu gün keçiriləcək “Neftçi” – “Xəzər Lənkəran” görüşünün ən yaxşı futbolçusunun konkret hansı yolla bəlli olacağı artıq bəllidi.
Peşəkar Futbol Liqasının yaydığı məlumata görə, azarkeşlər bütün mobil operatorlardan 9192 qısa nömrəsinə boşluq buraxmadan komandanın baş hərfini və futbolçunun forma nömrəsini göndərməklə səsvermədə iştirak edə bilərlər.
Nümunə: n6 (Neftçi, Rəşad Sadiqov), x14 (Xəzər Lənkəran, Rahid Əmirquliyev).
