27 may 2013 13:14
“Xəzər Lənkəran mövsümün ən vacib oyununa çıxacaq”
“Xəzər Lənkəran”ın müdafiəçisi Manuel Skarlatake Azərbaycan Kubokunun “Neftçi” ilə final oyunu öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Çətin oyun olacaq. Amma biz kubokun finalında qələbə qazanmaq istəyirik. “Neftçi” üzərində qələbə qazanmaq əsas hədəfimizdi. “Xəzər Lənkəran” onları dayandıra biləcək. Bizim üçün azarkeşlərimizin güclü dəstəyi sayəsində yaxşı oyun sərgiləmək və avrokuboklara layiq olduğumuzu göstərmək çox vacibdi. Finalda qazanacağımız qələbə həm azarkeşləri, həm də komandanı çox sevindirəcək. Demək olar ki, “Xəzər Lənkəran” sabah mövsümün ən vacib oyununa çıxacaq”.