27 may 2013 13:48
Simurq qapıçı problemini həll etdi (FOTO)
"Simurq" daha bir transferini rəsmiləşdirib. Azerisport.az xəbər verir ki, Zaqatala klubu ötən mövsüm AZAL-da forma geyinmiş Amil Ağacanovla 2 illik rəsmi müqavilə imzalayıb.
Təcrübəli əlcək ustası Zaqatala təmsilçisinin heyətində 35 nömrəli forma ilə çıxış edəcək.
Qeyd edək ki, Amil karyerasının son iki mövsümünü AZAL-ın heyətində keçirib və 19 oyunda meydana çıxıb. Bundan qabaq isə "Muğan"ın şərəfini qoruyub.
