28 may 2013 22:48
Neftçi kuboku da qazanıb, qızıl dubl etdi (YENİLƏNİB)
Bu gün futbol üzrə Azərbaycan kubokunun final oyunu keçirilib. Azerisport.az xəbər verir ki, həlledici görüşdə çempion "Neftçi" ilə "Xəzər Lənkəran" qarşılaşıb.
Bu oyunla 2012/13 mövsümünə yekun vurulub. "Böyük oyun" adlanan bu qarşılaşma rəqiblər arasında 28-ci duel idi. Buna qədər tutan 27 görüşdə daha çox heç-heçə qeydə alınmışdı. Belə ki, bu matçların 11-də qalib müəyyənləşməyib. Komandalar isə hərəyə 8 dəfə qalib gəlməyi bacarıb. Bugünkü final oyunu həm də, bu komandalar arasında ilk final oyunu olması ilə əlamətdardı.
"Neftçi" "qızıl dubl" etmək üçün istəklidirsə, "Xəzər Lənkəran" kuboku qazanmaqla çempionatdakı uğursuzluğun əvəzini çıxma niyyətindədi. Bu baxımdan maraqlı bir oyun keçəcəyini gözləmək olar.
Azərbaycan kuboku
Final
28 may
Neftçi - Xəzər Lənkəran - 0:0 (penaltilərlə 5:3)
Hakimlər: Əliyar Ağayev, Vaqif Musayev, Namiq Hüseynov.
Əlavə köməkçi hakimlər: Fariz Yusifov, Orxan Məmmədov.
Dördüncü hakim: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Elbrus Abbasov.
Hakim-inspektor: Əli Hüseynov.
Bakı. Tofiq Bəramov adına Respublika stadionu.
Oyun başladı
10. Komandalar oyuna fəal başlayıblar
16. "Neftçi"nin çox təhlükəli hücumu zamanı Kanales topu boş qapıya göndərə bilmir
17. "Neftçi" ardıcıl iki künc zərbəsini boşa verir
25. Oyuna nəzarət tam olaraq paytaxt klubunun əlinə keçib. Lənkəranlılar isə əsasən əks-hücumlara bel bağlayırlar
31. Cənubluların ilk korner vuruşu zamanı Stamenkoviç topu uzaqlaşdırmağı bacarır
40. Hissənin sonlarında artıq "Xəzər Lənkəran" təşəbbüsə yiyələnməkdədi
41. Premyer Liqanın bombardiri Kanales kubokun finalında hesabı açmaq üçün daha bir şansı boşa verir
42. "Neftçi"nin çox təhlükəli əks-hücumu zamanı R.Sadiqov ötürmə etmək əvəzinə, qapıya zərbə endirməyə qərar verdi. Amma kapitan hədəfdən yan keçir
45. İlk yarıya bir dəqiqə əlavə olunur
Birinci hissə başa çatdı
İkinci hissə başladı
46. Fasilədə "Xəzər Lənkəran"da E.Bonfimi Tounkara əvəzləyib
50. Lənkəran klubunda Orsuliçi Sialmas əvəzləyir
54. E.Allahverdiyevlə B.Bertuççi arasında gərginlik yaranır. Hakim hər iki futbolçuya sarı vərəqə göstərir
65. Bu dəqiqələrdə azarkeşlərin bir o qədər də maraqlı oyun izlədiyini demək olmaz. Amma tərəflər qarşılıqlı hücumlarını davam etdirirlər
67. Doblas vaxtında irəli çıxaraq komandasını qoldan xilas edir
71. Skarduellini U.Pamuk əvəzləyir
75. Tounkaranın uzaq məsafədən qüvvətli zərbəsini Stamenkoviç əla reaksiya ilə kornerə çıxarır
77. Stamenkoviç növbəti dəfə komandasını qoldan xilas edir. Son dəqiqələrdə XL təzyiqi artırıb və "Neftçi"ni qapısına sıxışdırıb
80. D.Silva sarı vərəqə alır
89. A.Silva da sarı vərəqə ilə cəzalanır
90. Matçın əsas vaxtına 3 dəqiqə əlavə olunur
Matçın əsas vaxtı heç-heçə (0:0) bitdiyi üçün qalib əlavə vaxtda müəyyənləşəcək
Əlavə vaxt başladı
92. Kanalesin zərbəsi qapıdan yan keçir
96. A.Abdullayev sarı vərəqə alır
97. Meydandan çıxmış Skarduelli sarı vərəqə ilə cəzalanır
98. A.Abdullayevi E.Mehdiyev əvəzləyir
105. İlk əlavə hissədə də qol vurulmur. Baxmayaraq ki, "Neftçi"nin bir neçə yaxşı şansı var idi
106. İkinci əlavə hissə start götürdü
117. M.Şükürov da sarı vərəqə alır
120. Əlavə vaxtda da qalib müəyyənləşmir. Artıq penaltilərə ehtiyac duyulacaq
Penalti seriyası
Kanales - 1:0
Sialmas - 1:0 (qapıçı)
Bertuççi - 2:0
Ramazanov - 2:1
Flavinyo - 3:1
Əmirquliyev - 3:2
Şükürov - 4:2
Tounkara - 4:3
Sadiqov - 5:3
NEFTÇİ: 30. Saşa Stamenkoviç, 3. Denis Silva Kruz, 6. Rəşad Sadiqov (k), 9. Flavinyo, 10. Julius Vobay, 11. Nikolas Kanales, 15. Erik Fabian Ramos, 16. Bruno Bertuççi, 17. Araz Abdullayev, 22. Mahir Şükürov, 32. Elvin Yunuszadə.
Ehtiyat oyunçular: 12. Emil Balayev, 2. Xose Luis Kabion, 4. Tərlan Quliyev, 8. Elşən Abdullayev, 14. Bahodir Nasimov, 19. Mirhüseyn Seyidov, 28. Emin Mehdiyev.
Baş məşqçi: Böyükağa Hacıyev.
XƏZƏR LƏNKƏRAN: 30. Toni Doblas, 3. Vanderson Skarduelli, 4. Alvaro Silva, 5. Elnur Allahverdiyev, 8. Eder Bonfim, 10. Elnur Abdullayev, 14. Rahid Əmirquliyev (k), 21. Radomir Todorov, 27. Adrian Skarlatake, 55. Ağabala Ramazanov, 99. Marin Orsuliç.
Ehtiyat oyunçular: 25. Orxan Sadıqlı, 7. Sadio Tounkara, 9. Uğur Pamuk, 11. Dmitrios Sialmas, 17. Kazım Kazımlı, 20. Akif Tağıyev, 42. Kamran Abdullazadə.
Baş məşqçi: Con Toşak.
