27 may 2013 14:23
Lüksemburq yığması Bakıya səfər öncəsi ciddi itki ilə üzləşdi
Futbol üzrə Lüksemburq yığması Azərbaycanla oyun öncəsi ciddi itki ilə üzləşib. Azerisport.az xəbər verir ki, Bakı səfəri öncəsi rəqib komandanın yarımmüdafiəçisi Şarl Levek sıradan çıxıb.
O, ölkə çempionatında rəqib futbolçu ilə toqquşma nəticəsində ciddi zədə alıb. Bu üzdən də baş məşqçi Lyuk Holts onun xidmətindən yararlana bilməyəcək.
Qeyd edək ki, Lüksemburq yığması iyunun 7-də Bakıda millimizin qonağı olacaq.
