27 may 2013 14:47

AFFA yeni layihəyə start verir (FOTOLAR)

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti “Bakcell ilə futbol” proqramı çərçivəsində tam yeni layihəyə start verir. Azerisport.az xəbər verir ki, dünyanın ən məşhur futbol klublarından olan "Mançester Yunayted" ilə əməkdaşlıq edən Bakcell Azərbaycan futboluna yatırım etməkdə davam edir.
 
Daha öncə “Bakcell ilə futbol” proqramı çərçivəsində “8-ci KM Stadionu”nu “Bakcell Arena”ya çevirən, Bakının müxtəlif rayonlarında tam təminatlı futbol meydançalarını istifadəyə verən Bakcell şirkəti, “Mançester Yunayted”in futbol məktəbinin məşqçilərini Azərbaycana gətirir. Bununla, futbola sərmayə yatırımını tam yeni müstəviyə çıxaran Bakcell, Azərbaycanlı gənclərə istedadlarını ortaya çıxarmaq və gələcəyin ulduzlarına çevrilmək imkanı yaradır.
 
Qeyd etmək lazımdır ki, dünyanın ən məşhur futbol akademiyalarından biri olan “Mançester Futbol Məktəbi” dünya futboluna Devid Bekxem, Pol Skoulz və Rayan Qiqz kimi əfsanələri bəxş edib.
Azərbaycan Futbol Federasiyaları Assossiasiyası (AFFA)-nın dəstəyi ilə Bakı və Azərbaycanın bir sıra regionlarında (Gəncə, Mingəçevir, Lənkəran və Sumqayıt) məktəbə seçim turları təşkil olunacaq. Seçimdən müvəffəqiyyətlə keçmiş 8-12 yaş arası 32 gənc istedad 24-28 İyun tarixlərində Bakıda, “Bakcell Arena”da təşkil olunacaq və “Mançester Yunayted”in futbol məktəbinin məşqçiləri tərəfindən keçiriləcək təlim-məşq toplantılarında iştirak edə biləcəklər.
 
Bakı və regionlar üzrə təşkil olunacaq seçim turlarının yer və vaxtları:
 
·        11-12 iyun, Gəncə ş. AFFA futbol meydançası (Nizami Gəncəvi küç. 26. “Deluxe” otelinin yanı)
·        14 iyun, Yaşar Məmmədzadə adına Mingəçevir şəhər Stadionu (İslamzadə küç.24)
·        17 iyun, Lənkəran şəhər Olimpiya Kompleksi (“Palmolife” otelinin yanı)
·        19 iyun, Sumqayıt ş. AFFA futbol meydançası (10-cu mkr, 1-ci binanın qarşısı)
·        21-22 iyun, Bakı ş. Bayıl Arena
 
Təlim-məşq toplanışının nəticələrinə uyğun seçilən 5 gənc istedad Mançesterə səfər edib, əfsanəvi “Old Trafford”, “Mançester Yunayted Futbol Akademiyası”, eləcə də, komandanın təlim-məşq bazasını görə biləcəklər.
 
Layihənin başlanğıcı ilə bağlı təşkil olunan mətbuat konfransında AFFA-nın baş katibi Elxan Məmmədov və Bakcell-in Baş Marketinq Direktoru Aynur Abjanova iştirak edib.
 
"Sevindirici haldır ki, AFFA ilə Bakcell şirkəti arasında əməkdaşlıq yüksələn xətt üzrə davam edir. Bir müddət əvvəl dünyanın tanınmış futbol veteranlarının iştirakı ilə start verilmiş "Futbol Bakcell ilə" layihəsi ictimaiyyətin böyük marağına səbəb oldu. Bunun ardınca AFFA və Bakcell daha bir diqqətçəkən layihənin icrasına başlamaq ərəfəsindədir. Bakcell tərəfindən dünyanın tanınmış klublarından olan "Mançester Yunayted" klubunun Futbol məktəbinin məşqçilərinin ölkəmizə dəvət olunması, onların burada seleksiya prosesi aparması futbolumuzun inkişafı üçün önəmli hadisədir. Ümidvaram ki, bu layihə çərçivəsində seçilmiş uşaqlar dünya futbolunun tanınmış simalarına çevrilə biləcəklər", - deyə AFFA-nın baş katibi Elxan Məmmədov bildirib.
 
Bakcell-in Baş Marketinq Direktoru Aynur Abjanova isə fikrini belə izah edib: “Mançester Yunayted və AFFA ilə birlikdə həyata keçirilən iki mühüm layihə vasitəsi ilə Bakcell şirkəti Azərbaycan futbolunun inkişafına böyük diqqət və qayğı göstərməkdədir. Bu gün biz böyük məmnuniyyətlə bu iki layihəni birləşdirib, Azərbaycanda Mançester Yunayted Futbol Məktəbini təşkil etmişik. İnanırıq ki, ölkənin müxtəlif regionlarında yaşayan və böyük potensiala malik olan gənclər Azərbaycan futbolunun gələcəyinə öz qiymətli töhfələrini verəcəklər. Azərbaycanda keçiriləcək Mançester Yunayted Futbol Məktəbi məşhur brendlər, peşəkar futbol, gözəl məkanlar və gənc insanları bir araya gətirən unikal bir layihədir”
 
Daha sonra hər iki qurumun rəsmisi KİV nümayəndələrinin suallarını cavablandırıb.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.