27 may 2013 15:12
Flavinyo: XL-la final matçında məğlubiyyəti təsəvvür etmək çətindi
“Neftçi”nin yarımmüdafiəçisi Flavinyonun azerisport.az saytına müsahibəsi
- Sabah Azərbaycan Kubokunun final oyununa çıxacaqsız. Nə gözləyirsiz?
- Biz ötən mövsüm də Premyer Liqanın qalibi olduq, kubokun finalında oynadıq. Amma “Bakı” ilə həmin oyunda məğlub olmuşduq. Bu dəfə isə qızıl dubl şansını əldən vermək istəmirik. Komandam çoxdandı bu turnirin qalibi olmur. “Neftçi” sonuncu dəfə bu uğura 2004-cü ildə imza atıb. Hər halda bütün bunlar qarşıdakı oyunun bizim üçün nə qədər vacib əhəmiyyət daşımasından xəbər verir.

- Bəs rəqib komanda – “Xəzər Lənkəran” haqda nə deyə bilərsiz?
- “Xəzər Lənkəran”a qarşı oynamaq həmişə çətin olub. Hətta ötən mövsüm biz onları 5:0 hesabı ilə məğlub edəndə də. İndi iki prinsipial rəqib kubokun finalında üz-üzə gəlir. Təsəvvür edirəm, necə müharibə olacaq. Avrokubok oyunları səviyyəsində bir qarşılaşma olacaq.

- Bu komanda son mövsümdə ikinci altılıqda çıxış edirdi, siz isə çempionsuz. “Neftçi”ni favorit saymaq olar?
- Onların bu mövsümü xilas etmək üçün şansları var. Bu, “Neftçi” üzərində qələbə qazanmaqdan ibarətdi. Əminəm ki, yüz faiz güclərini qoyacaqlar ki, kuboku qazansınlar. “Xəzər Lənkəran” ölkənin ən böyük klublarından biridi. Yəqin ki, mövsümü titulsuz başa vurmaq istəmirlər. Matçın favoritini açıqlamaq istəmirəm. Bu, finaldı. Özümüzü favorit hesab etsək, bu, bizə ancaq problem yarada bilər.

- Sizcə, “Neftçi” bu dəfə kuboku qazana biləcək?
- Ümid edirəm ki, bu dəfə istəyimizə çatacağıq. Yaxşı hazırlaşmışıq. Neytral meydanda oynayacağıq. Əminəm ki, çoxlu azarkeş olacaq. Maraqlı final olacağını düşünürəm.

- Bəs bu dəfə də qızıl dubl şansını əldən versəz, onda necə olacaq?
- Bunu faciəyə çevirməyəcəyik. Çünki artıq ölkənin əsas titulunu məhz “Neftçi” qazanıb. Çempionlar Liqasında oynayacağıq. Ötən mövsüm Azərbaycanda heç kimin nail ola bilmədiyi uğurlara imza atdıq. Amma təbii ki, kubokun finalında məğlub olsaq, çoz üzüləcəyik. “Xəzər Lənkəran”a istənilən məğlubiyyət bizə pis təsir edər. Bu komandaya finalda məğlub olmağımızı isə ümumiyyətlə təsəvvür etmək çətindi.