27 may 2013 16:15
“Azərbaycan millisinə qarşı Latviya ilə matçda olduğu kimi oynamalıyıq”
Futbol üzrə Qətər yığmasının baş məşqçisi Fahad Tani Azərbaycan millisi ilə qarşılaşma öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, mayın 29-da baş tutacaq matçla bağlı bunları dilə gətirib:
“Azərbaycanla oyuna Latviya ilə qarşılaşmada olduğu kimi yanaşmalıyıq. Qələbəyə oynamalıyıq. Necə ki, bunu latviyalılarla görüşdə etdik və sonda istəyimizə çatdıq”.
“Azərbaycanla oyuna Latviya ilə qarşılaşmada olduğu kimi yanaşmalıyıq. Qələbəyə oynamalıyıq. Necə ki, bunu latviyalılarla görüşdə etdik və sonda istəyimizə çatdıq”.
Qətərlilərin çalışdırıcısı İrana qarşı keçirəcəkləri seçmə mərhələ oyunu öncəsi (4 iyun) Azərbaycan üzərində qələbə qazanmağın vacibliyindən danışıb: “Azərbaycanı məğlub edə bilsək, İranla qarşılaşmaya qalib əhval-ruhiyyədə çıxacağıq. Buna görə də azərbaycanlıları məğlub etmək çox vacibdi”.
Tani Azərbaycanla oyunda komandasının heyətində dəyişiklik etməyə hazırlaşmadığını bildirib: “Heyətdə dəyişiklik etməyə hazırlaşmıram. Latviyaya qarşı keçirdiyimiz oyunla müqayisədə ciddi fərq olmayacaq”.
Qətər yığmasının çalışdırıcısı iki ardıcıl sınaq görüşü keçirmələrinin də səbəbini izah edib: “Bu, bizim İranla oyuna daha yaxşı hazırlaşmağımız üçündü. Futbolçularımın bu görüşə nə dərəcədə hazır olduqlarını başa düşmək istəyirəm. Buna görə də iki ardıcıl sınaq matçı keçirməyə qərar verdik. İndi isə tam olaraq Azərbaycanla oyuna köklənmişik”.
