27 may 2013 16:52
Dörd qolla gələn çempionluq (FOTOLAR)
Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş ali təhsil müəssisələri arasında ölkə birinciliyinə yekun vurulub. Azerisport.az xəbər verir ki, Binə stadionunda baş tutan final qarşılaşmasında Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının komandası ilə Azərbaycan Texniki Universitetinin komandası qarşılaşıb.
Həlledici oyunda rəqibini 4:0 hesabı ilə məğlub edən Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının komandası birinciliyin qalibi olub.
Qarşılaşma başa çatdıqdan sonra mükafatlandırma mərasimi keçirilib.
