27 may 2013 17:21
Azərbaycan Kubokunun final matçına 10 minə yaxın bilet satılıb
Futbol üzrə Azərbaycan Kubokunun “Neftçi” və “Xəzər Lənkəran” arasında keçiriləcək final oyununa bilet satışı davam edir. Azerisport.az xəbər verir ki, artıq bu oyuna 10 minə yaxın bilet satıldığı bildirilir.
Lakin oyun saatına qədər bu göstəricinin daha da artması gözlənilir.
Qeyd edək ki, “Neftçi” – “Xəzər Lənkəran” matçı sabah Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 20:00-da başlayacaq.
