27 may 2013 17:33
Kəpəzdə Mahmud Qurbanovu Yunis Hüseynov əvəzləyəcək
Elitanı tərk edən “Kəpəz”i bundan sonra Yunis Hüseynov çalışdıra bilər. Azerisport.az xəbər verir ki, hazırda Gəncə klubu “Karvan” və “Xəzər Lənkəran”ın sabiq çalışdırıcısı ilə danışıqlar aparır.
Hüseynov qarşı tərəfin təklifini qəbul edib. Lakin hələlik Gəncə təmsilçisinin növbəti mövsümlə bağlı planları bəlli deyil.
Qeyd edək ki, “Kəpəz” bu mövsüm Premyer Liqanın aşkar autsayderi kimi elitanı tərk etdi. Komandaya bu müddət ərzində Mahmud Qurbanov rəhbərlik edirdi.
