28 may 2013 18:00
Neftçinin sabiq məşqçisi: Kağız üzərində Neftçi finalın favoritidir
Neftçinin sabiq baş məşqçisi Arif Əsədov futbol üzrə Azərbaycan Kubokunun finalı çərçivəsində baş tutacaq “Neftçi” - “Xəzər Lənkəran” oyunu barədə fikirlərini bildirib. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Kimin qalib gələcəyini qabaqcadan demək çətindi. Kubok oyunları həmişə öz gözlənilməzlikləri və sensasiyalı nəticələri ilə məşhur olub. Kağız üzərində “Neftçi” bu görüşün favoritidi. Ancaq hər şey ola bilər. Son oyunlarda cənubluların elə də zəhmli görünməməyinə baxmayaraq, bu komandalar arasında oyunlar həmişə prinsipial xarakter daşıyıb. Bütün bunlara baxmayaraq, hesab edirəm ki, bizi maraqlı və gərgin final gözləyir. Kimin qalib gələcəyini isə dəqiq demək mümkün deyil”.
