28 may 2013 19:45
XL azarkeşləri Ağayevi fitə basdı, Neftçi fanatları Röyanın donundan narazı qaldı
Artıq Azərbaycan Kubokunun “Neftçi” – “Xəzər Lənkəran” matçının başlamasına dəqiqələr qalır. Azerisport.az xəbər verir ki, hazırda müğənni Röya oyundan öncə musiqili şou-proqram nümayiş etdirir.
Lakin Röyanın geydiyi yaşıl don “Neftçi” azarkeşlərinin ürəyincə olmayıb. Çünki bu, “Xəzər Lənkəran”ın rənglərinə daha yaxındı.
Bundan öncə göstərilən “Futbol da həyatdı” adlı xüsusi klip zamanı isə ekranda ilk görünən Kamran Ağayev “Xəzər Lənkəran” azarkeşləri tərəfindən fitə basılıb. Qeyd edək ki, hazırda “Bakı”da forma geyən yığmamızın qapıçısı sabiq “Xəzər Lənkəran”lıdı.
